Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları edilib



Küveytdəki Mübarək əl-Kəbir limanına pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə hücum edilib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə Riyad bölgəsinə 6 raket atıldığını açıqlayıb.

AFN.az xəbər verir ki, Küveytin şimal-qərbində yerləşən Bubiyan adasındakı limana edilən hücum nəticəsində infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Küveytin Hökumət Rabitə Mərkəzindən verilən məlumata görə, limana edilən ikili hücum nəticəsində tələfat qeydə alınmasa da, strateji obyektlər zədələnib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə paytaxt Riyad bölgəsinə 6 ballistik raketlə hücum təşkil edildiyini, onlardan ikisinin havada məhv edildiyini bəyan edib.

Açıqlamada digər dörd raketin isə Körfəz sularına və boş ərazilərə düşdüyü qeyd olunub. Hücumun mənbəyi və mümkün can və ya mal itkisi barədə hələlik rəsmi məlumat verilməyib. Regionda hava hücumundan müdafiə sistemlərinin tam hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu