İsraildə həyəcan siqnalları 78 min dəfə səslənib



ABŞ ilə birlikdə İrana qarşı hücumlara başlayan İsraildə cavab zərbələri nəticəsində 78 min dəfə həyəcan siqnalının çalındığı bildirilib. 

AFN.az xəbər verir ki, İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, İran və Hizbullahın atdığı raketlər, mərmilər və pilotsuz uçuş aparatları (PUA) səbəbindən ölkə daxilində ümumilikdə 78 min 109 dəfə xəbərdarlıq siqnalları işə düşüb.

İsraildə sirena səslərinin ən çox eşidildiyi yaşayış məntəqəsi Livan sərhədində yerləşən Kiryat Şmona olub. Hizbullahın İrana qarşı başlayan hücumlardan sonra atdığı raketlər və PUA-lar səbəbindən bu ərazidə 154 dəfə həyəcan təbili çalınıb. Siyahıda 146 dəfə siqnal səsi eşidilən Livan sərhədindəki Misqav Am qəsəbəsini ölkənin mərkəzi hissəsindəki Ariel Şaron Parkı bölgəsi və Ramat Qan izləyib.

Cavab zərbələri nəticəsində İsrailin mərkəzi hissəsindəki Holon şəhəri və ətrafında isə 145 dəfə həyəcan siqnalı verilib. Xəbərdə qeyd olunur ki, siqnallar ən çox səhər saat 10:00 radələrində aktivləşib və həmin vaxt kəsiyində cəmi 7 min 122 dəfə siqnal səsi eşidilib.

Digər tərəfdən, İranın həyata keçirdiyi cavab zərbələrinin adətən erkən xəbərdarlıq sistemləri tərəfindən əvvəlcədən təsbit edildiyi və sığınacaqlara daxil olmaq üçün bir neçə dəqiqəlik vaxtın olduğu, Hizbullahın raket hücumlarında isə bu müddətin cəmi bir neçə saniyə ilə məhdudlaşdığı vurğulanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu