Qarabağ qazisi: Mən bu gün dostumla vidalaşıram
"Mən bu gün çox yaxın bir dostumu, əziz adamımı itirmişəm".
Bunu AFN.az-a açıqlamasında Qarabağ müharibəsi qazisi, 1-ci qrup əlil Mehtiyev Qardaşxan Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycan xalqı bu gün onu bütün dünyaya tanıdan çox dəyərli bir sənətkarını itirib: "25 yaşında "Nəsimi" filmində Nəsimi roluna görə dünyanın bir çox ölkələrində tanındı. Təsəvvür edin ki, Sovetlər birliyi dövründə Xalq artisti adını almaq necə böyük bir sənətkarlıq tələb edirdi.
Dost itkisi çox ağır hissdir, Rasim Balayev həm yüksək aktyorluq bacarığı, həm də gözəl insani keyfiyyətləri ilə özünü Azərbaycan xalqına sevdirə bilmişdi. Onun ailəsinə, dostlarına və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Allah səbr versin. Rasim Balayevin gedən cismidir, ruhu isə bizlədir".

