ABŞ-ın Qətərdəki səfirliyi amerikalılara sığınacaqları tərk etməyə icazə verib


ABŞ-ın Qətərdəki səfirliyi təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əlaqədar Amerika vətəndaşlarına verilən "sığınacaqlarda qalmaq" tövsiyəsini ləğv edib.

AFN.az-ın xəbərinə görə, diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, paytaxt Dohadakı səfirlik bu məhdudiyyəti aradan qaldırıb.

Buna baxmayaraq, səfirlik vətəndaşları ayıq-sayıq olmağa və hava həyəcanı elan ediləcəyi təqdirdə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıb. Analoji qərar bir qədər əvvəl ABŞ-ın Omandakı səfirliyi tərəfindən də qəbul edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu