ABŞ Qərargah Rəisləri Komitəsinin sədri: İran səmasında B-52-lər uçur
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlarda ilk dəfə olaraq "B-52 Stratofortress" bombardmançı təyyarələrinin Körfəz ölkəsinin hava məkanında uçuşlara başladığı bildirilib.
ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Müdafiə naziri Pit Heqsetlə birgə keçirdiyi mətbuat konfransında İrana qarşı hücumların təfərrüatlarını açıqlayıb. Keyn bəyanatında qeyd edib ki, ABŞ qüvvələri artıq İran ərazisi üzərində uzaqmənzilli ağır bombardmançı təyyarələri yerləşdirə biləcək səviyyədə hava məkanına nəzarəti ələ keçirib.
Hava üstünlüyünün artmasını nəzərə alaraq ilk quru əsaslı B-52 tapşırıqlarını uğurla icra etməyə başladıqlarını bildirən Keyn, İrana qarşı hava zərbələrinin daha effektiv şəkildə davam edəcəyinə işarə edib. O, həmçinin vurğulayıb ki, ABŞ Tehran rəhbərliyinin öz sərhədlərindən kənara güc ötürmək imkanlarını sistemli şəkildə sıradan çıxarır.
Hazırda hava, quru, dəniz, kosmos və kiber sahələrdə birgə əməliyyatlar intensivləşib. Qeyd edək ki, B-52 təyyarələri adətən davamlı bombardman və genişmiqyaslı hücum imkanları üçün istifadə olunur.
