Şimali Koreyadan ABŞ şirkətlərinə proqram təminatı hücumu



Şimali Koreya ilə əlaqəli hakerlər minlərlə ABŞ şirkəti tərəfindən istifadə edilən məşhur proqram paketinə sızaraq genişmiqyaslı kiberhücum həyata keçiriblər.

AFN.az xəbər verir ki, təhlükəsizlik ekspertləri çərşənbə aqşamı baş verən bu tədarük zənciri hücumunun fəsadlarının aradan qaldırılmasının aylar çəkəcəyini bildiriblər.

Məlumata görə, hakerlər "Axios" adlı açıq mənbəli proqram təminatının tərtibatçı hesabına daxil olaraq zərərli yeniləmələr paylayıblar. "Google"un tərkibindəki "Mandiant" kiber kəşfiyyat firması hücumun arxasında Pxenyan rejiminin dayandığını təsdiqləyib. Ekspertlər bu sızıntının nüvə və raket proqramlarını maliyyələşdirmək məqsədilə uzunmüddətli kriptovalyuta oğurluğu kampaniyasına çevriləcəyini proqnozlaşdırırlar.

Səhiyyə və maliyyə sektorlarında geniş istifadə olunan "Axios" proqramı vasitəsilə hələlik 12 şirkətə məxsus 135 cihazın təsirə məruz qaldığı aşkar edilib. Lakin qurbanların sayının sürətlə artacağı gözlənilir. Ağ Ev rəsmilərinin məlumatına görə, Şimali Koreyanın raket proqramının təxminən yarısı bu cür rəqəmsal oğurluqlar hesabına maliyyələşdirilir.

Xatırladaq ki, ötən il baş verən 1,5 milyard dollarlıq kriptovalyuta oğurluğu tarixin ən böyük kiberhücumu kimi qeydə alınıb. Şimali Koreyanın kiberbölməsi ağır sanksiyalar altında olan ölkə üçün həyati əhəmiyyətli gəlir mənbəyi olmaqda davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu