Aynur Kərimova Mədəniyyət Nazirliyində yeni vəzifəyə təyin edildi
İdarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir.
Bu baxımdan, nazirliyin aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə Nazirliyin aparatının yenilənmiş strukturunda kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib.
Nazirliyin aparatının yenilənmiş strukturunda Konspesiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb. Bu isə öz növbəsində sahə üzrə daha çevik fəaliyyətin təmin olunmasına xidmət edəcək.
Bundan başqa qeyd edilib ki, həyata keçirilən optimallaşdırmadan sonra Mədəniyyət Nazirliyinin Media ilə iş üzrə sektor müdiri Aynur Kərimova olub. Bu təyinat nazirliyin media və ictimaiyyətlə əlaqələr siyasətinin yeni struktur tələblərinə uyğun qurulması məqsədi daşıyır.




