Küveytdə su və enerji qurğusuna hücum edilib
Küveytin Elektrik və Su Nazirliyi İranın hücumu nəticəsində enerji və su təmizləyici qurğulardan birində maddi ziyanın meydana gəldiyini açıqlayıb.
AFN.az xəbər verir ki, nazirliyin sözçüsü Fatma Abbas Cövhər Həyat qurumun "X" platformasındakı hesabı vasitəsilə verdiyi bəyanatda obyektlərdən birinə zərbə endirildiyini qeyd edib.
O, hücum nəticəsində müəssisənin bəzi bölmələrində maddi ziyan yarandığını, hadisədən dərhal sonra müdaxilə edildiyini və obyektin iş qabiliyyətinin qorunması üçün zəruri əməliyyatların həyata keçirildiyini bildirib. Nazirlik sözçüsü zərər görmüş ərazilərin təhlükəsizliyini təmin etmək məqsədilə hüquq-mühafizə orqanları ilə tam koordinasiyalı fəaliyyət göstərdiklərini vurğulayıb.
Əhalini təmkinli olmağa və əsassız şayiələrə inanmamağa çağıran sözçü, bütün texniki heyətin hər cür fövqəladə hala qarşı 24 saatlıq iş rejimində çalışdığını bəyan edib.
Hazırda su və elektrik təminatında fasilələrin yaranmaması üçün bərpa işləri sürətlə davam etdirilir.

