Artemis Ayın uzaq tərəfindən qayıdır: Ən təhlükəli mərhələ başlayır



Ayın uzaq tərəfindəki tarixi uçuşunu uğurla tamamlayan "Artemis II" heyəti üçün missiyanın ən riskli mərhələsi yaxınlaşır.

AFN.az xəbər verir ki, kosmik səyahət zamanı radiasiya qurşaqları və nəhəng yanacaq sərfi kimi çətinlikləri geridə qoyan astronavtlar indi saatda 40 min kilometri ötən sürətlə Yer atmosferinə daxil olmağa hazırlaşırlar.

Atmosferə giriş anında kosmik gəmi havadakı molekulları şiddətlə sıxaraq səs sürətini 30 dəfə üstələyəcək ki, bu prosesdə kapsulun xarici səthində temperaturun 2760 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Heyət üzvü Viktor Qlover bu anın missiyanın ən həlledici hissəsi olduğunu və bütün elmi məlumatların məhz evə qayıdış yolunda gizləndiyini bildirib.

Missiyanın ən kritik nöqtəsi 2022-ci ildəki pilotsuz "Artemis I" uçuşu zamanı "Orion" kapsulunun "Avcoat" adlı qoruyucu materialında aşkar edilmiş istilik qalxanı problemidir. "Artemis II" kapsulunun istilik qalxanı əvvəlki ilə demək olar ki, eyni quruluşa malik olduğu üçün NASA mühəndisəri bu riskin fərqində olduqlarını etiraf edirlər. NASA bu təhlükəni minimuma endirmək məqsədilə "Artemis II" üçün fərqli bir atmosferə giriş marşrutu müəyyən edib; belə ki, "Artemis I"də tətbiq olunan tullanma metodu əvəzinə, istilik yükünü daha əlverişli şəraitdə saxlamaq üçün yüksəldilmiş trayektoriya izləniləcək.

Buna baxmayaraq, bəzi keçmiş NASA mütəxəssisləri, o cümlədən Dr. Çarli Kamarda məlum qüsurla insanlı uçuş həyata keçirməyi məsuliyyətsizlik adlandıraraq bu qərarı tənqid edirlər. NASA isə öz növbəsində təhlükəsizliyin prioritet olduğunu və gələcək missiyalarda istifadə ediləcək qalxanların artıq daha davamlı materiallarla yeniləndiyini bildirib. Heyətin Sakit okeana enişi 10 aprel axşam saatları üçün planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu