Bəhreyn XİN İraq diplomatına etiraz notası təqdim edib


Bəhreyn Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkili Əhməd əl-Karavini çağıraraq, krallıqdakı obyektlərə İraq ərazisindən həyata keçirilən PUA hücumları ilə bağlı ona etiraz notası təqdim edib.

AFN.az xəbər verir ki, bu barədə BNA agentliyinin yaydığı məlumatda bildirilir. Manama İraq ərazisindən krallığa və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının bir sıra ölkələrinə qarşı həyata keçirilən davamlı cinayətkar pilotsuz uçuş aparatı hücumlarını qətiyyətlə pisləyib və kəskin narazılığını ifadə edib.

XİN həmçinin krallığın təhlükəsizlik və sabitliyi təmin etmək üçün "bütün zəruri tədbirləri" görmək hüququnu təsdiqləyib.

Qeyd edək ki, aprelin 7-də ABŞ və İran arasında elan edilmiş iki həftəlik atəşkəsdən bəri Fars körfəzi regionunda ərəb monarxiyalarının, o cümlədən Səudiyyə Ərəbistanının bir sıra obyektlərinə PUA hücumları qeydə alınıb. Məlumata görə, bu aparatların bir hissəsi İraq ərazisindəki silahlı qruplaşmalar tərəfindən buraxılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu