İranın BMT-dəki nümayəndəsi: ABŞ dəniz blokadası ilə dəniz qulduru kimi davranır
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasını və kommersiya gəmilərinin ələ keçirilməsini "dəniz quldurluğu" və "terrorizm" adlandırıb.
AFN.az-ın xəbərinə görə, o bildirib ki, beynəlxalq sularda gəmilərin saxlanılması və heyətin girov götürülməsi qanunsuzdur.
İrəvani həmçinin vurğulayıb ki, Tehranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq hüquqa və milli qanunvericiliyə əsaslanır.
Qeyd edək ki, dünya neft ixracının 20 faizinin keçdiyi bu boğaz ətrafında gərginlik artmaqdadır: aprelin 17-də İran boğazı açdığını desə də, ABŞ-ın blokadanı davam etdirmək qərarından sonra SEPAH boğazı yenidən tamamilə qapadıb.
