Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir: 15 ildən sonra



Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Suriya ilə 2011-ci ildə dayandırılmış əməkdaşlıq sazişini yenidən bərpa etmək barədə razılığa gəliblər.

AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası bu addımı Aİ və Suriya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm mərhələ kimi qiymətləndirib.

Qeyd edək ki, ötən il Suriyaya qarşı tətbiq edilən Qərb sanksiyalarının əksəriyyəti ləğv olunub. Ölkə 2024-cü ilin sonunda Bəşər Əsəd rejimini devirmiş alyansın rəhbəri, prezident Əhməd əl-Şaraanın rəhbərliyi altında beynəlxalq birliyə yenidən inteqrasiya olunmağa çalışır.

Əməkdaşlıq sazişinin bərpası bir sıra Suriya mallarının, xüsusilə neft və neft məhsulları, həmçinin qızıl, qiymətli metallar və almazın idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcək.

Aİ Şurasının bəyanatında bildirilir ki, bu qərar qurumun Suriya ilə yenidən əməkdaşlıq etmək və ölkənin iqtisadi bərpasına dəstək vermək istəyinə dair aydın siyasi mesajdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu