BMT Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını alqışlayıb

BMT Avropa İttifaqı (Aİ) ölkələrinin Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarını alqışlayır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Biz bütün Suriya xalqına həyatlarını bərpa etməyə və iqtisadiyyatı bərpa etməyə kömək edəcək bu inkişafı alqışlayırıq", - deyə o bildirib.
Qeyd edək ki, Avropa Birliyinin diplomatiya rəhbəri Kaja Kallas Brüsseldə İcma Şurasının iclasından sonra bildirib ki, Aİ-yə üzv dövlətlər Dəməşqə tətbiq olunan iqtisadi sanksiyaları ləğv etmək qərarına gəliblər.
Aİ-nin Suriyaya iqtisadi sanksiyaları 2011-ci ildən qüvvədədir.