Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsi sabitliyi gücləndirəcək - Əsəd əl-Şeybani


Avropa İttifaqına üzv ölkələrin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etmək qərarı respublikanın sabitliyini və təhlükəsizliyini gücləndirəcək.

AFN.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əl-Şeybani bildirib.

"Suriya xalqımızla birlikdə biz yeni tarixi irəliləyiş əldə etdik - Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə nail olduq. Aİ ölkələrinə və bu qələbədə əməyi olan hər kəsə böyük təşəkkürlər. Bu qərar Suriyada təhlükəsizliyi, sabitliyi və rifahı gücləndirəcək", - deyə onun açıqlamasında deyilir.

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Brüsseldə keçirilən İcma Şurasının iclasından sonra Aİ-yə üzv ölkələrin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etmək qərarına gəldiyini açıqlayıb. Aİ 2011-ci ildən Suriyaya iqtisadi sanksiyalar tətbiq etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu