Yaponiya da Hörmüz boğazı ilə bağlı hərbi missiyaya qoşulur


Yaponiya Böyük Britaniya və Fransanın təşkilatçılığı ilə Hörmüz boğazında çoxmillətli missiyanın yaradılmasına həsr olunmuş nazirlər səviyyəsində onlayn görüşdə iştirak edəcək.

AFN.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Şinciro Koizumi jurnalistlərə açıqlamasında bildirib. Nazir vurğulayıb ki, Hörmüz boğazı "dünya logistikasının əsas düyün nöqtəsidir" və burada sabitliyin bərpası qlobal ticarət üçün həyati əhəmiyyət kəsb edir.

"Bu axşam Böyük Britaniya və Fransanın birgə təşkil etdiyi onlayn iclasda iştirak edəcəyəm. Məqsədimiz boğazda sərbəst və təhlükəsiz gəmiçiliyi təmin etmək üçün həmkarlarımla konkret təhlükəsizlik tədbirlərini müzakirə etməkdir", - deyə Koizumi qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, 12 may tarixində 40-dan çox ölkənin müdafiə nazirləri beynəlxalq hərbi missiyanın aspektlərini razılaşdırmaq üçün ilk genişmiqyaslı toplantıya toplaşır. Yaponiya bu missiyada iştirak etməklə regiondakı enerji təhlükəsizliyi maraqlarını qorumağı hədəfləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu