Alphabet-dən süni intellekt investisiyaları üçün 80 milyard dollarlıq kapital artımı planı
Amerikanın texnologiya şirkəti Alphabet süni intellekt infrastrukturuna yönəlmiş investisiyalarını maliyyələşdirmək məqsədilə ümumilikdə 80 milyard dollarlıq səhm emissiyası planlaşdırdığını elan edib.
AFN.az xəbər verir ki, şirkətdən verilən bəyanatda sözügedən kapitalın üç fərqli üsulla toplanmasının nəzərdə tutulduğu bildirilib.
Buna əsasən, 30 milyard dollarlıq hissənin kütləvi açıq satışlar vasitəsilə təmin edilməsinin proqnozlaşdırıldığı qeyd olunan açıqlamada 40 milyard dollarlıq hissənin isə 2026-cı ilin üçüncü rübündən etibarən zamanla həyata keçiriləcək səhm satışları ilə əldə edilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.
Bəyanatda qalan 10 milyard dollarlıq hissənin isə qapalı yerləşdirmə yolu ilə təmin olunacağı və bu çərçivədə "Berkshire Hathaway" şirkətinə səhm satışı üçün razılığın əldə edildiyi vurğulanıb.
Alphabet-in açıqlamasında toplanacaq vəsaitin böyük hissəsinin süni intellekt infrastrukturunun və qlobal hesablama gücünün genişləndirilməsi üçün istifadə olunacağı ifadə edilib.
