Korrupsiya ilə bağlı məlumat verənlər qorunacaq


Azərbaycanda korrupsiya halları barədə xəbər verən vətəndaşların təhlükəsizliyinin təmini gücləndirilir, eyni zamanda dövlət və bələdiyyə sektorunda çalışanlar üçün yeni hesabatlılıq qaydaları müəyyən edilir.

AFN.az-ın məlumatına görə, bu yeniliklər parlamentin bu gün keçirilən iclasında müzakirə edilən "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırma xarakterli hüquqi dəyişikliklər paketində yer alıb.

Yeni qaydalara görə, korrupsiyanı ifşa edən əməkdaşların attestasiya prosesində neqativ halların qarşısını almaq üçün korrupsiyaya qarşı mübarizə aparan strukturun və ya məsul şəxsin həmin prosesə müdaxiləsi qadağan olunur. Digər mühüm yenilik isə odur ki, korrupsiya barədə məlumat verən şəxsə qarşı hər hansı intizam cəzası verilərsə, bunun qisas xarakterli olmadığını sübut etmək öhdəliyi birbaşa işəgötürənin üzərinə qoyulur.

Bundan başqa, dövlət və bələdiyyə qulluqçuları qanunsuz imtiyazlar, hədiyyələr, maraqlar toqquşması və ya etik qayda pozuntuları ilə qarşılaşdıqda, bu barədə öz rəhbərlərinə deyil, birbaşa antikorrupsiya üzrə məsul olan xüsusi bölməyə və ya şəxsə hesabat verməli olacaqlar.

Sözügedən qanun layihəsi ölkədə antikorrupsiya qanunvericiliyinin müasirləşdirilməsi və hüquqi normaların bir-birinə uyğunlaşdırılması məqsədilə ərsəyə gəlib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu