Ər-Riyad Vaşinqton və Tehranın ərəb ölkələrinin maraqlarını nəzərə alacağına ümid edir


Səudiyyə Ərəbistanı ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş razılaşmanı alqışlayır və yekun sazişin Yaxın Şərq dövlətlərinin maraqlarını nəzərə alacağını gözləyir.

AFN.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Səudiyyə Ərəbistanı daxili işlərə qarışmamaq prinsipinə əsaslanan və region ölkələrinin təhlükəsizlik maraqlarını nəzərə alan daimi saziş vasitəsilə bölgədə və dünyada sülhün möhkəmlənməsini arzulayır", - deyə sənəddə qeyd olunub.

Nazirlik həmçinin Hürmüz boğazında təhlükəsizliyin və gəmiçilik azadlığının "28 fevral tarixinə qədər mövcud olan rejimdə" bərpa edilməsinin vacibliyini vurğulayıb. Ər-Riyad Pakistan və Qətərin vasitəçilik səylərini, eləcə də Vaşinqtonla Tehranın 60 günlük atəşkəsə gətirib çıxaran dialoq hazırlığını yüksək qiymətləndirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu