Küveyt xarici aviaşirkətlərə məhdud rejimdə xidmət göstərilməsini bərpa etdi


Küveyt Mülki Aviasiya Baş İdarəsi Fars körfəzi ölkələrinin, eləcə də digər ərəb və beynəlxalq daşıyıcıların reyslərinə paytaxtın beynəlxalq hava limanının "T4" terminalı vasitəsilə məhdud rejimdə xidmət göstərilməsinin bərpa olunduğunu elan edib.

AFN.az xəbər verir ki, bu barədə Küveytin KUNA informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, bu qərar aviaşirkətlərin fasiləsiz fəaliyyətini təmin etmək və müntəzəm hava əlaqəsini qorumaq məqsədilə qəbul edilib. Yaxın Şərqdəki gərginlik və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbindən bir çox beynəlxalq aviaşirkət Körfəz ölkələrinə uçuşları dayandırmış və ya marşrutlarını dəyişmişdi. ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra Küveyt aviasiya rəhbərliyi uçuşları bərpa etmək istəyən şirkətlərlə cədvəlləri koordinasiya etməyə başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu