ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress təyyarəsi qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı hava limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı bildirilən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress təyyarəsindəki 8 nəfərin hamısının həlak olduğu ehtimal edilir.
AFN.az xəbər verir ki, Edvards Hərbi Hava Qüvvələri Bazasının sosial media hesabından daha əvvəl düşdüyü qeyd edilən təyyarədəki şəxslərlə bağlı rəsmi açıqlama verilib.
Açıqlamada yerli vaxtla saat 11:20-də Edvards Hərbi Hava Bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan təyyarədəki 8 nəfərin hamısının, ilkin məlumatlara görə, qəzanın sağ qalma ehtimalı olmayan xarakteri səbəbindən həyatını itirdiyi bildirilib.
Təcili xilas etmə qruplarının hələ də hadisə yerində olduğu vurğulanan bəyanatda rəsmilərin bütün heyətin vəziyyətini tam dəqiqləşdirmək üçün işləri davam etdirdiyi ifadə edilib.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress tipli təyyarənin Kaliforniya ştatındakı hava limanından havaya qalxdıqdan qısa müddət sonra yerə düşdüyü bildirilmişdi.
Boeing B-52 Stratofortress müxtəlif hərbi tapşırıqlarda istifadə olunan uzunmənzilli bombardmançı təyyarələr sırasına daxildir.


