İsrail ilə Livan arasındakı birbaşa danışıqların 5-ci raundu Vaşinqtonda başlayıb
ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən İsrail-Livan birbaşa danışıqlarının 5-ci raundunun başladığı bildirilib.
AFN.az xəbər verir ki, Livan mənbələrinin paylaşdığı məlumatlara görə, İsrail ilə Livan arasındakı görüşlərin yeni mərhələsi ABŞ Dövlət Departamentində start götürüb.
İsrailin Livana qarşı hücumlarının zaman-zaman davam etdiyi bir şəraitdə keçirilən görüşlərin iki ölkə arasındakı atəşkəsin gedişatına dair mühüm məsələləri gündəmə gətirəcəyi gözlənilir.
Görüşlərdə iştirak edənlər barədə hələlik ətraflı məlumat verilməsə də, əvvəlki danışıqlarda iştirak edən şəxslərin yenidən masa arxasında yer alacağı ehtimal olunur.
ABŞ Dövlət Departamenti 23-25 iyun tarixlərində Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının 5-ci raundunun təşkil olunacağını elan etmişdi.
Bu görüşlər ABŞ-İran razılaşma mətninin ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanması və 18 iyunda qüvvəyə minməsindən sonra reallaşır.
Sözügedən razılaşma tərəflərin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərməyi öhdəsinə götürən bəndi də özündə ehtiva edir.
