ABŞ-da təsərrüfatdan qaçan zürafə axtarışa verilib



ABŞ-ın Texas ştatında, San-Antonio şəhərinin şimal-qərbindəki bir təsərrüfatdan təxminən bir həftə yarım əvvəl qaçan Qreysi adlı zürafənin tapılması üçün başladılan axtarış işləri davam edir.

AFN.az xəbər verir ki, heyvanın təhlükəsiz şəkildə tutulub geri gətirilməsini təmin edəcək məlumat üçün təsərrüfat sahibinin 5 min dollar mükafat təklif etdiyi bildirilib.

"Real County" bölgəsinin rəsmiləri zürafənin sonuncu dəfə San-Antonionun təxminən 160 kilometr şimal-qərbində yerləşən Liki ərazisinin qərbindəki bir ov kamerası tərəfindən görüntüləndiyini açıqlayıblar.

"Cedar Hollow" təsərrüfatının meneceri Vik Cons Qreysinin 3-4 yaşlarında olduğunu və may ayından bəri yüzlərlə heyvana ev sahibliyi edən bu komplekstdə saxlanıldığını qeyd edib.

Cons zürafənin digər həmcinslərinin adətən getmədiyi bir yamacda qidalandıqdan sonra, təxminən 8 metr hündürlüyündəki qapının açıq qalan tərəfindəki çəpərsiz sahədən keçərək təsərrüfatı tərk etdiyini ifadə edib.

Daxil olan məlumatlar əsasında təsərrüfatdan təxminən 6 kilometr uzaqlıqdakı bir ərazidə axtarış apardıqlarını bildirən Cons göndərilən fotoşəkillərin bir neçə gün əvvələ aid olması səbəbindən heç bir nəticə əldə olunmadığını diqqətə çatdırıb.

Yerli əhalinin də qoşulduğu axtarış işlərinin Qreysi geri qayıdana qədər fasiləsiz olaraq davam etdiriləcəyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu