Yoşka Fişer: ABŞ İranla münaqişədə fəlakətli məğlubiyyətə uğradı
Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer "Funke" media qrupuna verdiyi müsahibədə ABŞ-ın İranla münaqişədə fəlakətli bir məğlubiyyət aldığını və bu müharibənin Fars körfəzi regionunu mənfi istiqamətdə tamamilə dəyişəcəyini bəyan edib.
AFN.az xəbər verir ki, keçmiş nazir Vaşinqtonun Tehranla apardığı müharibədə qarşıya qoyduğu əsas hədəflərə (rejimi devirmək və nüvə proqramını tamamilə dayandırmaq) nail ola bilmədiyini vurğulayıb. Fişerin fikrincə, ABŞ-ın bu uğursuzluğu regionda nüvə silahlanması yarışına rəvac verəcək və Tehran hökuməti strateji Hörmüz boğazı üzərindəki nəzarətini qorumaqla qlobal iqtisadiyyata təzyiq rıçaqlarını əlində saxlayacaq.
Xatırladaq ki, iyunun 14-də ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan 28 fevralda başlayan müharibəyə son qoyacaq 60 günlük atəşkəs barədə razılığa gəliblər. Razılaşma çərçivəsində tərəflər Tehranın nüvə proqramını müzakirə etməli, ABŞ isə İrana qarşı dəniz blokadasını və hərbi əməliyyatları tamamilə dayandırmalıdır.
