Husilər: Səudiyyə Ərəbistanında Əbha Hava Limanını vurduq



Yəməndəki İran yönümlü husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Əbha Hava Limanını ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını bəyan ediblər.

AFN.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri verdiyi açıqlamada nəzarətlərində olan Səna Hava Limanına edilən hücuma görə Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirib.

Səri Səna Hava Limanının hədəf alınmasına cavab olaraq Səudiyyə Ərəbistanının cənubundakı Əbha Hava Limanına ballistik raketlər və PUA-larla zərbələr endirdiklərini iddia edib.

Bütün beynəlxalq aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməmələri ilə bağlı xəbərdarlıq edən Səri Səna Hava Limanına tətbiq olunan blokada aradan qaldırılana qədər bu cür təhlükələrin davam edəcəyini irəli sürüb.

Husilərin sözçüsü, həmçinin Səna Hava Limanındakı blokadanın götürülməsi istiqamətində verdiyi dəstəyə görə İrana təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Koalisiya Qüvvələrinin sözçüsü Turki əl-Maliki isə daha əvvəl etdiyi açıqlamada "Terrorçu husilər tərəfindən Səudiyyə Ərəbistanının cənubuna atılan ballistik raket təhdidi səbəbindən hava hücumundan müdafiə sistemləri işə salınıb" ifadələrini işlətmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu