Küveyt Neft Şirkəti: İranın hücumunda kritik neft obyekti zərər görüb



Küveyt Neft Şirkəti (KPC) İranın ard-arda təşkil etdiyi hücumlarda neft sektoru baxımından kritik əhəmiyyət daşıyan bir obyektin hədəf alındığını, hücum nəticəsində yaralananların olduğunu və obyektdə ağır dağıntılar meydana gəldiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Küveyt Neft Şirkətindən verilən açıqlamada neft sektorundakı kritik əhəmiyyətə malik bir obyektin səhər saatlarında İranın ardıcıl hücumlarına məruz qaldığı bildirilib.

Hücumlar nəticəsində yaralanan şəxslərin olduğu və obyektdə ağır ziyanın yarandığı qeyd edilən açıqlamada yaralıların müalicə üçün xəstəxanaya təxliyə edildiyi, obyektin isə boşaldıldığı qeyd olunub.

Bəyanatda hücumun fəsadlarının aradan qaldırılması və vəziyyətin nəzarət altına alınması üçün müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə işlərin davam etdirildiyi ifadə edilib.

Qeyd edək ki, İranın Küveytdə səhər saatlarında hədəf aldığı iki nöqtədə baş verən yanğınların söndürülməsi zamanı yanğınsöndürənlər və bir obyekt əməkdaşı yaralanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu