ABŞ ordusu bir əsgərinin öldüyünü açıqlayıb
ABŞ İordaniyada 2 əsgərin öldüyü hücumda cəsəd qalıqlarının tapıldığını, İraqda isə İranın pilotsuz uçuş aparatına məxsus partlamamış sursatın nəzarətli şəkildə məhv edilməsi zamanı 1 əsgərin həlak olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" platformasındakı hesabı vasitəsilə açıqlama yayıb.
Açıqlamada iyulun 17-də İranın İordaniyadakı ABŞ bazasına təşkil etdiyi hücumdan sonra 2 ABŞ əsgərinin həyatını itirdiyi, 1 əsgərin isə itkin düşdüyünün daha əvvəl bildirildiyi xatırladılıb.
ABŞ hərbi personalının apardığı hərtərəfli axtarış tədbirləri nəticəsində bu gün səhər saatlarında hadisə yerində şəxsiyyəti hələlik dəqiqləşdirilməyən cəsəd qalıqlarının tapıldığı qeyd edilən bəyanatda, qalıqların kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma prosesinin davam etdiyi vurğulanıb.
Açıqlamada həmçinin, iyulun 18-də İraqın şimalında vurulan İranın birdəfəlik hücum PUA-sına aid partlamamış sursatın nəzarətli şəkildə zərərsizləşdirilməsi zamanı 1 ABŞ əsgərinin həyatını itirdiyi, hadisə zamanı digər bir əsgərin isə yüngül yaralandığı diqqətə çatdırılıb.
Qeyd edək ki, CENTCOM dünən yaydığı bəyanatda İordaniyadakı ABŞ bazasını hədəf alan İran hücumunda 2 əsgərin öldüyünü, 1 əsgərin isə itkin düşdüyünü elan etmişdi.

