Tramp İranın ehtimal edilən yeni nüvə obyektinə zərbə endiriləcəyini bəyan edib
Birləşmiş Ştatlar İranın ehtimal edilən yeni nüvə obyektinə zərbə vurmaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp livanlı həmkarı ilə görüşü zamanı bildirib.
"Biz onların haqqında danışdıqları yeni obyektə mütləq hücum edəcəyik" deyə Amerika lideri əminliklə qeyd edib.
Trampın sözlərinə görə, İran nüvə silahına görə ABŞ-ın hücum hədəfinə çevrilib. O əlavə edib ki, Tehran Amerika silahlı qüvvələrinin zərbə endirməyə hazırlaşdığı nüvə obyektini bərpa etməyə çalışır.
Ağ Ev rəhbəri əmin edib ki, Birləşmiş Ştatlar İran rəhbərliyinin nüvə silahı haqqında düşündüyü hər bir obyektə zərbələr endirəcək.
Bir qədər əvvəl isə Tramp İran nümayəndələrinin güman ki, Amerika tərəfi ilə təcili danışıqlara can atdıqlarını, lakin Vaşinqtonun bunda maraqlı olmadığını bəyan etmişdi.
