Rumıniya Ukraynaya hər ay 38 milyon avro maliyyə yardımı ayırır


Rumıniya Ukraynaya hər ay 38 milyon avro həcmində maliyyə yardımı göstərir.

AFN.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə naziri Radu Mirutse bildirib.

Nazir "Facebook" səhifəsində yazaraq bildirib ki, Maliyyə Nazirliyi "Rumınların Birliyi Aliansı" partiyasının sorğusuna rəsmi cavab verib: "Bu rəqəmlər açıqdır, yardımın həcmi hər bir rumıniyalıya ayda 2 avrodan az düşür".

Rumıniya əhalisinin təxminən 19 milyon nəfər olduğunu nəzərə aldıqda, ayrılan yardımın məbləği ayda 38 milyon avro təşkil edir.

Müdafiə naziri ölkənin iqtisadi problemlərinin Ukraynaya edilən yardımla bağlı olmadığını, 36 il ərzində dövlət vəsaitlərinin israf edilməsi və mənimsənilməsi ilə əlaqədar olduğunu vurğulayıb.

Qeyd edək ki, Rumıniya Prezidenti Nikuşor Dan daha əvvəl Ukraynaya göstərilən yardımlarla bağlı məlumatların məxfilikdən çıxarılmayacağını bəyan etmişdi. Nazir də dəstəyin yalnız pul formasında deyil, həm də silah şəklində verildiyini, bu cür hərbi göndərişlərin isə ictimaiyyətə açıqlanmayacağını diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu