Pentaqon Patriot raketləri sifarişini 58,6 milyard dollara çatdırdı



ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran müharibəsindən sonra hava hücumundan müdafiə sistemlərinə artan tələbatı qarşılamaq məqsədilə Patriot raketləri üzrə sifarişin həcmini 58,6 milyard dollara yüksəldib.

AFN.az xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, ABŞ Quru Qoşunları Lockheed Martin şirkətinə verilən raket sifarişini 53,9 milyard dollar artırıb.

Yenilənmiş müqaviləyə əsasən, bu ilin aprel ayında verilmiş 4,7 milyard dollarlıq ilkin sifarişlə birlikdə Patriot raketlərinin ümumi tədarük dəyəri 58,6 milyard dollara çatdırılıb.

Pentaqon eyni zamanda ballistik raket təhdidlərinə qarşı hazırlanmış THAAD (Bölgə Yüksək Hündürlük Hava Hücumundan Müdafiə Sistemi) üçün nəzərdə tutulan raketlərlə bağlı da şirkətlə 35 milyard dollarlıq ilkin müqavilə imzalayıb.

ABŞ Müdafiə Nazirliyi aprel ayında bildirmişdi ki, kritik raket komponentlərinin istehsal gücünü üç dəfə artırmaq məqsədilə BoeingLockheed Martin şirkətləri ilə çərçivə sazişi əldə olunub.

Qeyd olunub ki, bu çərçivə sazişləri ABŞ-ın hava hücumundan müdafiəsində mühüm rol oynayan Patriot raketlərinin hədəfi dəqiq izləməsini təmin edən axtarıcı başlıqların istehsalının artırılmasını nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu