Oturacağına oturmaqdan imtina edən uşaq uçuşun ləğvinə səbəb oldu



Kanadada Viktoriya Beynəlxalq Hava Limanından Toronto Pearson Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan Porter Hava Yollarına məxsus PD444 reysinin təyyarəsi azyaşlı uşağın təhlükəsizlik kəmərini taxmaqdan imtina etməsi və oturacağında ayağa qalxması səbəbindən havaya qalxa bilməyib. 

AFN.az xəbər verir ki, şirkətin sözçüsü Bred Sisero açıqlamasında valideyninin və ekipajın bütün cəhdlərinə baxmayaraq uşağın oturacağına oturmaması səbəbindən təyyarənin uçuş-enmə zolağından terminala geri qayıtdığını bildirib.

Təyyarənin terminala gətirilməsi, uşağın və valideyninin təyyarədən endirilməsi, baqajların təhvil verilməsi və rəsmi prosedurların yenidən tamamlanması prosesinin vaxt aparması səbəbindən uçuşun gecikdiyi bildirilib.

Viktoriya Hava Limanının uçuş-enmə zolağının gecə saat 00:30-da bağlanması səbəbindən uçuşun tamamilə ləğv edildiyi açıqlanıb.

Açıqlamasında digər sərnişinlərdən üzr istəyən Sisero təyyarənin ertəsi gün günortadan sonra Torontoya yola düşdüyünü qeyd edib.

Sərnişinlərdən Aryeh Kozuç təyyarədə narahatlıq yaşandığını, lakin uşağın aqressiv davranmadığını, əksinə çox qorxduğunu və oturacağın altına gizlənməyə çalışdığını bildirib.

Digər sərnişin Hillari Hersberq isə aviaşirkətin proses boyunca kifayət qədər məlumatlandırma aparmadığını və uçuş ləğv edildikdən sonra sərnişinlərin yerləşdirilməsi məsələsində çarəsiz olduqlarını ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu