Zəng ediblər ki, yenə ölüm xəbəriniz yayılıb - Azər Axşam


Tanınmış aktyor Azər Axşamın vəfat etməsi ilə bağlı yenə xəbərlər yayılıb.

AFN.az xəbər verir ki, aktyor yayılan dezinformasiyalarla bağlı “Instagram” hesabında videoaçıqlama paylaşıb.

“Bu gün zəng vurublar ki, yenə sizin ölüm xəbəriniz yayılıb. Bu artıq neçənci dəfədir. Çox maraqlıdır ki, bu xəbərləri kim, niyə yayır və onların qazancı nədir? Dedim, video çəkim ki, hər şey yaxşıdır”, - deyə Azər Axşam qeyd edib.

Xatırladaq ki, ötən il də sənətçinin ölüm xəbəri sosial şəbəkələrdə gen-bol yayılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu