Kanada İran rəhbərliyinin 5 nümayəndəsinə sanksiya tətbiq edib
Kanada İran rəhbərliyinin beş yüksəkvəzifəli nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anandın bəyanatında bildirilir.
Məhdudlaşdırıcı tədbirlər xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrini əhatə edir. Sanksiyalar mühüm beynəlxalq su yoluna təhlükə törədən və Hörmüz boğazında gəmiçilik azadlığına mane olan fəaliyyətlərə görə tətbiq olunub.


