10 il əvvəl itən pişik evinə qayıdıb
On il əvvəl itən 13 yaşlı Çarli adlı pişik illər sonra evinə qayıdıb.
AFN.az xəbər verir ki, pişiyin sahibləri Lüsi və Hanna Robertson 2016-cı ildə, Çarli hələ üç yaşında olarkən yoxa çıxmasından sonra böyük kədər yaşayıblar.
Küçədə gəzməyi sevən Çarli yeni bir əraziyə köçdükdən qısa müddət sonra, 2016-cı ilin aprelində itib.
Ailə aylarla axtarış aparsa da, Çarlidən heç bir iz tapa bilməyib.
Lakin ötən ay Lüsi 30 yaşını qeyd etdiyi gün baytardan gələn telefon zəngi ilə gözlənilən xəbər gəlib.
Hanna 10 il əvvəl Caerphilly bölgəsindəki Abercarn şəhərinə köçdüklərini və aqressiv xarakterə malik Çarlinin üç gün ərzində itdiyini bildirib.
O dövrdə bir neçə məlumat aldıqlarını, lakin pişiyi tapa bilmədiklərini qeyd edib.
İyulun 29-da Abercarn şəhərindəki baytarlıq klinikası mikroçipdə qeydiyyatda olan nömrə vasitəsilə Hannaya zəng edərək Çarlini tapdıqlarını bildirib.
Bölgədə yaşayan bir nəfərin kolluqlarda yaşayan pişiyi həftələrlə bəslədikdən sonra klinikaya apardığı məlum olub.
Baytar həkim də pişiyin 10 ildir itkin olduğunu öyrəndikdə təəccüblənib. Sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilən Çarlinin tüklərinin baxımlı olduğu və baxımsız görünmədiyi qeyd edilib.
Sahibləri Çarlinin onları dərhal tanıdığını və evdəki digər ev heyvanlarına uyğunlaşma prosesinin davam etdiyini bildiriblər.
