Ərdoğan: Ukrayna münaqişəsinin nizamlanması üçün əlimizdən gələni etməyə hazırıq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən görüş zamanı rusiyalı həmkarı Vladimir Putinə ölkəsinin Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

AFN.az xəbər verir ki, o bu barədə Qırğızıstandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Türkiyə regiondakı münaqişələrin sülh yolu ilə həlli ilə məşğuldur. Həm biz, həm də cənab Putin Rusiya ilə Ukrayna arasındakı müharibənin tezliklə sülhlə başa çatacağını gözləyirik. Rusiya-Ukrayna sülh prosesinin ən qısa zamanda başlamasını və sülhün bərqərar olmasını istəyirik", – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Putin özü də mövcud münaqişədən məmnun deyil: "Putin buna sevinirmi? Xeyr. O da hər şeyin ən qısa zamanda sülhlə bitəcəyini gözləyir. Cənab Putinə sülh üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bildirdik. Bu məqsədə çatmaq üçün bütün səylərimizi göstərməyə hazırıq", – deyə Türkiyə dövlət başçısı vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu