BMT Baş Assambleyası Afrikanın real ölçülərini əks etdirən xəritə hazırlayır
BMT Baş Assambleyası sentyabrın 4-də dünya ölkələrinin, o cümlədən Afrikanın real sahəsini daha dəqiq əks etdirən "Equal Earth" kartoqrafik proyeksiyasının dəstəklənməsi barədə qətnamə layihəsini səsverməyə çıxaracaq.
AFN.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Təşəbbüsün məqsədi illərdir geniş istifadə olunan Merkator proyeksiyasının yaratdığı təhrifləri aradan qaldırmaqdır. Ənənəvi xəritələrdə ekvatora yaxın yerləşən qitələr, xüsusilə Afrika, real ölçülərindən dəfələrlə kiçik göstərilir, qütblərə yaxın ərazilər isə — məsələn, Qrenlandiya və Şimali Amerika — əslindən qat-qat böyük təsvir olunur. "Equal Earth" proyeksiyası isə qitə və ölkələrin sahə nisbətlərini vizual olaraq real şəkildə saxlamağa imkan verir.
