İran BMT Baş Assambleyasının sessiyasında iştirak etmək niyyətindədir


İran ABŞ öz öhdəliklərini yerinə yetirərək İran heyətinə vizaları vaxtında təqdim edəcəyi təqdirdə, BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

"Ev sahibi olan ölkənin sazişə uyğun olaraq öhdəliklərini icra etməsi və giriş vizalarını vaxtında verməsi şərtilə, bu görüşdə iştirakımız nəzərdə tutulub", - deyə o, mətbuat konfransı zamanı bildirib.

Bəqayi əlavə edib ki, Tehran aktual məsələlər üzrə İranın mövqeyini çatdırmaq üçün bu platformadan istifadə etmək niyyətindədir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu