Nepaldakı sel fəlakətində ölənlərin sayı 1367-yə çatdı
Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən sel fəlakətində həyatını itirənlərin sayının 1367-yə yüksəldiyi bildirilib.
AFN.az xəbər verir ki, Nepal Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Qurumu ABŞ mərkəzli X platformasındakı hesabından seldə bağlı son vəziyyəti açıqlayıb.
Ölkədə baş verən seldə həyatını itirənlərin sayının 1367-yə çatdığı bildirilən açıqlamada 5132 itkin şəxsin axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
Açıqlamada fəlakət bölgələrində axtarış-xilasetmə, yardım paylanması, meyitlərin çıxarılması və digər təcili əməliyyatların həyata keçirilməsi üçün 21185 təhlükəsizlik əməkdaşının səfərbər edildiyi bildirilib.
