Nepalda sel nəticəsində ölənlərin sayı 1287-yə çatıb



Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən sel nəticəsində həyatını itirənlərin sayının 1287-yə yüksəldiyi bildirilib.

AFN.az xəbər verir ki, Nepalın Çin sərhədinə yaxın bölgələrinə təsir edən sel fəlakətində itkin düşənlərin tapılması üçün başladılan axtarış-xilasetmə işləri davam edir.

Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu ABŞ mərkəzli X platformasındakı hesabından sel ilə bağlı son vəziyyəti paylaşıb.

Açıqlamada selin təsir etdiyi müxtəlif bölgələrdə həyatını itirənlərin sayının 1287-yə çatdığı, itkin düşdüyü bildirilən 5 083 nəfər üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Axtarış-xilasetmə işlərinə 21 mindən çox təhlükəsizlik əməkdaşının cəlb edildiyi bildirilib. İşlər çərçivəsində indiyədək 13 093 nəfərin xilas edildiyi açıqlanıb.

Nepalın Rasuva bölgəsində avqustun 26-da sel baş vermiş, onlarla körpünün dağıldığı, yolların zərər gördüyü və axtarış-xilasetmə işləri üçün helikopterlərin göndərildiyi bildirilmişdi.

Sel baş verməzdən əvvəl bölgədə ilk olaraq zəlzələ qeydə alındığını açıqlayan ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumatlarını yeniləyərək 5,2 maqnitudalı seysmik hərəkətin mənbəyinin buzlaq çökməsi olduğunu bildirmişdi.

Mərkəzi Katmanduda yerləşən Beynəlxalq Dağlıq İnkişaf Mərkəzində çalışan ekspertlər selin bölgədəki dağlıq ərazidən qopan buzlaq parçalarının səbəb olduğu uçqun nəticəsində baş verdiyini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu