Nepalda sel fəlakətində ölənlərin sayı 1355-ə çatıb



Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən sel nəticəsində həyatını itirənlərin sayının 1355-ə yüksəldiyi bildirilib.

AFN.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumunun “X” platformasındakı hesabında sel ilə bağlı son vəziyyət açıqlanıb.

Açıqlamada ölkədə baş verən sel nəticəsində həyatını itirənlərin sayının 1355-ə çatdığı, itkin düşən 4996 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Xəstəxanaya yerləşdirilən 6672 nəfərin müalicə aldığı bildirilib. Fəlakət bölgələrində axtarış-xilasetmə, yardım paylanması, meyitlərin çıxarılması və digər təcili əməliyyatların həyata keçirilməsi üçün 21402 təhlükəsizlik əməkdaşının cəlb edildiyi vurğulanıb.

Nepal hökumətinin bir günlük matəm elan etməsindən sonra bu gün bayraqlar yarıya endirilib. Yerli sakinlər həyatını itirən və itkin düşən şəxslərin xatirəsinə anım mərasimləri keçiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu