İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 tipli PUA vurulub



İran İnqilab Keşikçiləri Ordusu Hörmüz boğazı üzərində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, “Fars” xəbər agentliyi İnqilab Keşikçiləri Ordusunun yaydığı yazılı açıqlamanı dərc edib.

Açıqlamada Hörmüz boğazı üzərində uçan MQ-1 tipli PUA-nın İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.

ABŞ tərəfindən 1990-cı illərdə istehsal olunan MQ-1 tipli PUA ilkin olaraq müşahidə və uzaq məsafədən kəşfiyyat məqsədləri üçün hazırlanıb. Daha sonra bu PUA-lar yeni kameralar və raketlərlə təchiz edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu