Yaponiyada güclü tayfunla bağlı xəbərdarlıq elan edilib



Şərq sahillərinə doğru irəliləyən güclü tayfun Yaponiyada nəqliyyatın hərəkətini pozub və bir çox turizm mərkəzinin bağlanmasına səbəb olub.

AFN.az xəbər verir ki, saniyədə 126 kilometr sürətlə əsən külək və saatda 180 kilometrə çatan külək şiddəti ilə müşayiət olunan Duyuan tayfununun bazar ertəsi Tokio yaxınlığındakı Çiba prefekturasında yerləşən Boso yarımadasının yaxınlığından keçməsi gözlənilir.

All Nippon Airways güclü yağış və küləyin təsir göstərdiyi Tokionun cənubundakı Haçico adasına uçuşları ləğv edib.

Narita hava limanının yerləşdiyi Çibada bəzi qatar reysləri dayandırılıb.

Yaponiya Meteorologiya Agentliyi tayfunun çərşənbə axşamına qədər rekord səviyyədə yağış gətirə biləcəyini bildirib və sahil ərazilərində yaşayanları torpaq sürüşməsi və daşqın təhlükəsinə qarşı xəbərdar edib.

Tokai bölgəsində yağıntının 350 millimetrə çata biləcəyi bildirilib.

İlin 25-ci tayfunu olan Duyuan beş günlük tətil dövrünə təsadüf edib. Bu vəziyyət Rock in Japan musiqi festivalı və Tokyo Game Show sərgisində bəzi tədbirlərin ləğv edilməsinə səbəb olub.

Ayçi prefekturası və Naqoyada davam edən Asiya Oyunlarının açılış mərasimində iştirak da tayfunla bağlı narahatlıqlar səbəbindən mənfi təsirlənib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu