Tramp: İranı havaya uçura bilərəm



ABŞ Prezidenti Donald Tramp Tehrandan gələn ağır zərbələr xəbərdarlığından sonra İrana qarşı sərt açıqlamalar verərək ölkəni tamamilə məhv etməklə hədələyib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Fox telekanalından Trey Yanqsta danışarkən Tehranın tələbləri qəbul etmədiyi təqdirdə İranı havaya uçurmağın lazım olub-olmayacağının zaman məsələsi olduğunu bildirib.

Tramp variantlar arasında İranı tamamilə silmək, ölkənin iqtisadi baxımdan çökməsinə imkan vermək və ya razılaşma əldə etmək olduğunu deyib.

Bu açıqlamalar Tehran rəhbərliyinin ABŞ və Yaxın Şərqdə səhvə yol verilməsi halında ağır zərbələrlə hədəf alınacağı barədə xəbərdarlığından sonra səsləndirilib.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti bölgədəki amerikalılar üçün təhlükəsizlik xəbərdarlığı yayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu