Almaniya kansleri iqtisadi böhranı etiraf edib və təcili islahatlara çağırıb



Almaniya kansleri Fridrix Merts ölkə iqtisadiyyatında problemlərin olduğunu etiraf edib. 

AFN.az xəbər verir ki, bu barədə TASS onun Münhendə Xristian-Sosial İttifaqının (XSI) qurultayında çıxışı zamanı səsləndirdiyi bəyanata istinadən məlumat yayıb.

Çıxışı zamanı Merts ölkədə təşəbbüs göstərilən islahatların dərhal həyata keçirilməsinin vacibliyini bildirib. O, Almaniya iqtisadiyyatının ciddi dəyişikliklərə ehtiyac duyduğunu vurğulayıb. Kansler qeyd edib ki, ölkənin iqtisadi, sosial-siyasi və ictimai əsasları elə yenilənməlidir ki, qarşıdakı onilliklərdə də etibarlı qalsın. Onun sözlərinə görə, seçkilərin nəticələrindən asılı olmayaraq, bu məsələ indi əvvəlkindən daha aktualdır, çünki Almaniya iqtisadiyyatı təzyiq altındadır.

Merts həmçinin islahatların zəruri olduğunu etiraf edib. O bildirib ki, ölkənin bir çox sakini qiymət artımından əziyyət çəkir, sosial təminat sistemləri isə böyük çətinliklərlə üzləşib.

Almaniyanın sənaye dövləti olaraq qalmalı olduğunu vurğulayan kansler ölkədə istehsalın mövcudluğunun qorunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə sabit və yaxşı iş yerlərini yalnız bu yolla yaratmaq mümkündür.

Kanslerin sözlərinə görə, Almaniyanın böhrandan çıxması üçün ilk növbədə biznesin rəqabətədavamlı enerji qiymətləri ilə təmin olunması, inzibati prosedurların sürətləndirilməsi və həddindən artıq bürokratiyanın azaldılması vacibdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu