Hərbi qulluqçumuz şəhid olub
Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu şəhid verib.
AFN-in baku.ws-ə istinadən məlumatına görə, bu barədə millət vəkili Adil Əliyev sosial şəbəkədə məlumat paylaşıb.
O qeyd edib ki, atəşkəsin pozulması nəticəsində Naxçıvanda N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi quluqçu, Ordubad rayonu Unus kənd sakini Yusifov Vüsal Nizami oğlu şəhid olub.
Allah rəhmət eləsin!