Bəxtiyar Abbasov növbəti qələbəsini qazandı - VİDEO




Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.



Bu gün 34 yaşını qeyd edən idmançımız "UAE Warriors 9” turniri çərçivəsində uğur əldə etməklə özü-özünə ad günü təbriki edib.

Belə ki, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub və xal hesabı ilə qalib elan edilib. Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədov da olub. Bəxtiyar qələbəsindən sonra çıxış nitqi üçün söz alarkən dağıstanlı idmançını rus dilində salamlayıb. (Oxu.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu