"Sizə seçici deyə müraciət etmirəm, çünki seçkilər mövsümidir..." - Rüfət Əliyev kəndlilərinə müraciət etdi




Astara rayon Hamoşam kənd bələdiyyəsinə namizədliyini verən Rüfət Əliyev seçiciləri olan həmkəndlilərinə müraciət edib. AFN onun müraciətini xırda redaktələrlə təqdim edir:



Salam, əziz həmkəndlilərim! Sizə seçici deyə müraciət etmirəm. Çünki seçkilər mövsümidir, siz isə mənim üçün daimisiniz, doğmasınız, əzizsiniz.
23 dekabr 2019 -cu ildə siz özünüzün növbəti yerli özünüidarəetmə orqanı , yəni bələdiyyənizi seçəcəksiz. Çoxsaylı namizədlərdən biri də mənəm.

İndiyə qədər sizinlə görüşdə, sizin hər birinizdən qarşılıqlı hörmət, etimad görmüşəm. Məhz sizə güvənərək namizəd olmuşam.
Sizin hər biriniz məni yaxşı tanıyırsız, eyni zamanda mən də sizi gözəl tanıyıram. Ona görə də, namizədlərin prosedur qaydası olan təqdimata ehtiyac duymuram. Eyni zamanda da, bələdiyyənin indiyə qədər fəaliyyətinini təftişindən uzaq dururam. Ümid edək ki, hər kəs bacarığı və bələdiyyənin imkanları daxilində mümkün olanı edib. Qeyd edim ki, bunun əsas səbəbi, həmişə siyasi mübarizənin mətbəxə daşınmasının əleyhinə olmağımdır. Əvvəldə qeyd etdiyim kimi, hamınız mənim üçün əzizsiniz. Bu baxımdan kənd də mənim üçün mətbəxdir. İndiyə qədər bələdiyyə üzvü, sədri olanlar da mənə əziz olub, əzizdir. Təftişdən uzaq durmağımın əsas səbəbi məhz budur. Amma ucqar kəndimizdə olan seçkiyə, ölkə ictimaiyyətinin diqqətini çəkmək üçün bütün imkanlarınmdan istifadə edərəm. İnanıram ki, biz hamoşamlılar olaraq bütün ölkəyə bir seçki örnəyi verəcəyik. Bu baxımdan hamoşamlıların siyasi mədəniyyətinə, intellektinə güvənirəm.

Sabahdan platformamı açıqlamaya başlayacam. Düşünməyin ki, dostuq, qohumuq, çörək kəsmişik, nəsə tənqidi fikirlər yazaram, Rüfətin xətrinə dəyər. Sizi maraqlandıran, düşündürən bütün suallarınınızı verə, qaranlıq hesab etdiyiniz məqamlara aydınlıq gətirə bilərsiz. Öncədən təşəkkür edirəm!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu