“Biz sizə - elminizə və vətənpərvərliyinizə inanırıq” - seçicilərdən Vüqar Bayramova




84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonundakı Şıxlı yatağında məskunlaşmış bir qrup məcburi köçkün seçici ilə görüşüb.



Seçicilər Vüqar Bayramovu alqışlarla qarşılayıblar. Vüqar Bayramov millət vəkilinin seçicilərin yanında olmasının vacibliyinə toxunaraq qeyd edib ki, Azərbaycanda artıq yeni dönəm başlayıb: “Parlamentdə xalqın güvəndiyi insanlar olmalıdır. Parlamentdə potensiallı insanlar olmalıdır. Parlament millətin güzgüsüdür. Millət vəkili respublikada öz seçicilərini, ökədən kənarda isə ölkəsini təmsil edir. Mən Sizin üzünüzü hər iki tribunada ağ edəcəyimə söz verirəm.”
Sonra kəndin ağsaqqalları Vüqar Bayramova öz xeyir-dualarını verib, ona uğurlar arzulayıblar: “Biz Sizə inanırıq. Sizin elminizə inanırıq, vətənpərvərliyinizə inanırıq, seçicilərə xidmət edəcəyinizə inanırıq.”
Görüşün sonunda kənd sakinləri ilə səmimi söhbət edən Vüqar Bayramov onları diqqətlə dinləyib, qayğıları ilə maraqlanıb, millət vəkili seçiləcəyi təqdirdə belə görüşlərin mütəmadi keçiriləcəyini və qaldırılan məsələlərin müvafiq dövlət qurumları ilə müzakirə ediləcəyini bildirib.

Şıxlı yatağında məskunlaşmış həmyerlilərimlə görüş məni xeyli mütəəssir etdi. Doğma yurdundan didərgin düşmüş insanların nikbinliyi, zəhmətsevərliyi və həyata bağlılığı məni xeyli duyğulandırdı. Sizə xidmət etmək mənim üçün böyük şərəf və qürurdur, doğma həmyerlilərim.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu