Türkiyədə yataqxanalardan çıxmaq məcburiyyətində qalan 150-dən çox tələbəmiz dünən gecədən İğdırda qalıblar - VİDEO




Türkiyədə yataqxanalardan çıxmaq məcburiyyətində qalan 150-dən çox tələbəmiz dünən gecədən İğdırdadılar. NoComment.az xəbər verir ki, bu barədə hadisə yerindən tələbələrin yaxınları məlumat verib.



“Türkiyə yalnız Naxçıvan qeydiyyatı olan tələbələri sərhəddən buraxıb və onlar artıq evlərindədirlər. Azərbaycanın digər bölgələrindən olanlar 7 saatdır sərhəddə qalıblar. Türkiyə sərhəd xidmətindən tələbələrə bildirilib ki, Azərbaycan tərəf yalnız Naxçıvan qeydiyyatı olanların buraxılmasını istəyir, bu səbəbdən sizi neytrala da buraxa bilmirik. Virusun tüğyan elədiyi İran İğdırın 2 addımlığındadır.” deyə valideyinlər bildirir.

Qeyd edək ki, Türkiyədə koronavirus sürətlə yayılır və qardaş ölkədə hələ də 500-ə yaxın tələbəmiz qalmaqdadır.

Xatırladaq ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən ölkə ərazisində xüsusi karantin rejimi elan edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu