Köhnə şəhər ənənəsini bərpa etmək lazımdır - TƏKLİF




"Restoran, kafe, əyləncə mərkəzləri və "mall"lardan ötrü darıxanların sayı-hesabı yoxdur. Ancaq opera, balet, teatr həsrətini çəkənlər barmaqla sayılır".



AFN xəbər verir ki, bunu tanınmış jurnalist Azər Sarıyev deyib. Onun sözlərinə görə, köhnə şəhər adətləri müstəqillik dövründə unudulub: "Hesab edirəm ki, həmin qaydaları mütləq qaytarmaq lazımdır. Əks halda, biz maarifləndirilməklə yola gələn deyilik. Məcburiyyət dövlət qulluqçularından başlamalı, məktəblərə qədər getməlidir. Məsələn, mən MSK-da işləyərkən, işçiləri qruplara bölərək məcburi qaydada həmkarlar təşkilatının hesabına tamaşalara aparırdılar. Bir-iki tamaşadan sonra əvvəlki tamaşalara könülsüz gedənlər bilet üstündə dava salırdılar".
Jurnalist hesab edir ki, koronavirus pandemiyası bitdikdən sonra bu adətləri bərpa etmək vacibdir. Onun sözlərinə görə, bütün dövlət qurumları prosesə cəlb edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu