Ermənilər başımıza gətirdikləri müsibətləri indi özləri yaşayırlar- Hadrutda bayrağımızı qaldıran əsgər
İşgaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı ucaldılıb.
AFN Virtualaz.org-a istinadən xəbər verir ki, bayrağı qaldıran Azərbaycan əsgərinin çıxışı hər kəsi qürurlandırıb.
Əsgər bildirib ki, işğal olunan ərazilərimizdə, Qarabağın bütün kəndlərində Azərbaycan bayrağı dalğalanacaq: «Bu torpaqlar bizim tarixi torpaqlarımızdır. Ermənilər başımıza gətirdikləri müsibətləri indi özləri yaşayırlar. Yeni nəsil, gənclər bilsinlər ki, torpaqlarımızın hər bir qarışı üçün qan tökmüşük, can vermişik. Şəhid anaları rahat olun, övladlarımızın, qardaşlarımızın qanı yerdə qalmayacaq. Qarabağ Azərbaycandır».